Smartfona görə anasını öldürən şəxsin məhkəməsi başlayıb

Smartfona görə anasını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirli bilinən Eldar Müslümovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 16-a təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayon ərazisində baş verib.
26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını qətlə yetirib. Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o, stulla anasının sinə nahiyəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib. Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Fevralın 19-u saat 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib. E. Müslümov polis tərəfindən saxlanılıb.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, oğulla ana arasında mübahisə smartfona görə düşüb. E. Müslümov arzuladığı mobil telefonu alması üçün pul istəyib, anası isə razı olmayıb. Bundan qəzəblənən E. Müslümov anasını qətlə yetirib.
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR