"Siz bizim vəkilimiz olmağa layiqsiniz" - Siyəzənlilər Natiq Nəbilini belə qarşıladılar - FOTOLAR


54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili seçicilərlə görüşlərini davam etdirir.

Natiq Nəbili bu dəfə Siyəzənin Yenikənd kəndindən olan seçicilərlə görüşüb.

Görüşdə Natiq Nəbili kənd sakinlərilə yaxından tanış olub, onları öz seçki platforması ilə tanış edib.

Natiq Nəbili qeyd edib ki, 9 fevrala təyin olunmuş növbədənkənar parlament seçkiləri Azərbaycanın siyasi tarixində önəmli yerlərdən birini tutacaq. Natiq Nəbili seçicilərə üzünü tutaraq hər zaman onların yanında olacağını vurğulayıb:

"Əziz seçicilər. Artıq bir həftədir ki, aktiv seçki təbliğatına başlamışıq. Aranızda çox insan məni tanıyır və şəxsiyyətimə bələddir. Ürəyində vətən və millət sevgisi olan biri olaraq deyə bilərəm ki, mənim nə mandatda, nə də hanısa bir vəzifədə gözüm var. Mənim istəyim ondan ibarətdir ki, sizin etimadınızı qazanım, millət vəkili seçilim və sizi o kürsüdən layiqincə təmsil edim. Kəndlərdə olan problemlərdən xəbərdaram. Niyyətim də budur ki, bu problemlər aradan qalxsın. Mən sizə demirəm ki, mənə səs verin və sizin bütün problemlərinizi həll edim və sairə, və ilaxıra. Xeyr, gerçəklik bu deyil. Mən sizə deyirəm ki, həmişə olduğu kimi, əgər seçilsəm, yenə də sizin yanızda olacağam. Mən sizdən biriyəm. Keçmişini unudan gələcəyini itirər. Mən keçmişimi unutmamışam. Çəkdiyim çətinliklər heç bir zaman yadımdan çıxmayacaq. Və bu çətin keçmişim qarşısında sizlərə xidməti özümə borc bilirəm ki, mənim və mənim kimi başqalarının da çəkdiyi çətinlikləri siz çəkməyəsiniz. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm, heç nəyi əsirgəməyəcəm”.

Hava şəraitinin qeyri-sabit keçməsinə, yolları qar örtməsinə rəğmən namizədlə görüşə gələn seçicilər 9 fevralda keçiriləcək seçkilərə böyük ümid bəslədiklərini qeyd ediblər. Seçicilər Natiq Nəbilini tanıdıqlarını və seçki günü məhz ona səs verəcəklərini bildiriblər:

"Belə bir şəraitdə bizimlə görüşə gəldiyiniz üçün biz sizə təşəkkürümüzü bildiririk. Sizi tanıyırıq, sizə bələdik və əminik ki, bizim etimadımızı doğruldacaqsınız. Bu dairədən çoxlu millət vəkilliyinə namizəd olsa da, inanırıq ki, siz qələbə qazanacaqsınız. Məhz bizim səslərimiz sayəsində”.

Kənd ağsaqqalları çıxış edərək seçiciləri Natiq Nəbiliyə səs verməyə çağırıblar: "Bu insan, həqiqətən də, bizim vəkilimiz olmağa layiqdir!”

Məlumat üçün bildirək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbilinin seçki qərargahı Heydər Əliyev prospektində yerləşir. Seçicilər günün istənilən vaxtı seçki qərargahına müraciət edə bilərlər.

Xəbər 1322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR