Bu gün - martın 17-də Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfəri olacaq. Səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.
Aktual.az xəbər verir ki, ötən il Vətən müharibəsi zamanı ölkədəki demək olar bütün siyasi partiyaların birgə bəyanata imza atmaları, milli birlik nümayiş etdirilməsi çox ciddi hadisə idi. Proses bu gün də davam edir və artıq siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş torpaqlarımıza birlikdə səfəri reallaşır. Bu səfərdə hakimiyyət partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hər kəs bir yerdə olacaq.
Xəbər 276 dəfə oxunub.