Siqaret satışı ilə bağlı YENİ QAYDA

Siqaret satışı ilə bağlı YENİ QAYDA

Azərbaycanda tütün məmulatları satan şəxs tütün alan yetkinlik yaşına çatmayan şəxsdən şəxsiyyət vəsiqəsi tələb edəcək.

Aktual.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edib.
Bu dəyişikliklə qaydalara yeni bənd əlavə edilib.
Həmin əlavədə qeyd edilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR