Sinqapurda 263 nəfərlik təyyarədə bomba həyəcanı yaşanıb

Sinqapurda 263 nəfərlik təyyarədə bomba həyəcanı yaşanıb

"Singapore Airlines” şirkətinə məxsus "Boeing 777-300ER” tipli sərnişin təyyarəsi bomba xəbərdarlığı həyəcanı ilə Sinqapur hərbi hava qüvvələrinin nəzarəti altında yerli Çanqi aeroportuna məcburi eniş edib.


ONA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 263 sərnişinin olduğu təyyarə Mumbaydan havaya qalxıbmış.

Təyyarə eniş etdikdən sonra göyərtəsində olan uşaqlı bir qadın sonrakı yoxlamalar üçün saxlanılıb. Digər sərnişinlər isə yoxlamalardan sonra sərbəst buraxılıb.

"The Straits Times” nəşrinin yazdığına görə, bomba xəbəri təyyarə Hindistandan havaya qalxdıqdan bir qədər sonra daxil olub. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Aparılan araşdırmalardan sonra bomba xəbərinin yalan olduğu üzə çıxıb.

 
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR