"Sinovac" peyvəndi Türkiyədə istehsal ediləcək


"Sinovac" peyvənd şirkəti Türkiyəyə istehsal lisenziyası verib.

Aktual.az Margin.az-a istinadən xəbər verir ki, bu barədə "Sinovac" şirkətinin rəhbəri Yin Veidonq açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə də daxil olmaqla beş ölkəyə "Sinovac" peyvəndinin istehsal lisenziyası verilib. Yeni istehsalçı ölkələr: İndoneziya, Braziliya, Malayziya, Misir və Türkiyədir.

Yin bildirib ki, Braziliya, İndoneziya və Türkiyəyə əhalinin 20%-ni vaksinasiya etmək üçün peyvənd verilsə də bu yeterli olmayıb. Buna görə də peyvənd bu ölkələrdə də istehsal olunmalıdır.

Əlavə edək ki, Rusiya ilə Türkiyə bu ilin aprelin 26-da COVID-19 peyvəndi "Sputnik V"nin Türkiyədə istehsalı üçün müqavilə imzalayıblar.Belə ki Türkiyədə peyvənd istehsalı ilə bağlı testlər aparılıb. Nəticələr yaxşı olduğu üçün qərar təsdiqlənib. "Sputnik V" peyvəndinin bir dozunun istehsal xərci təxminən 10 dollar olacaq. Bu, Çindən 10-11 dollar qarşılığında gətirilən "Sinovac" peyvəndinin maliyyətinə bərabərdir. Qiymətləri müqayisə olunmasına baxmayaraq, daxili istehsal xarici asılılığı aradan qaldıracaq .
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR