"Sınıq Körpü"dən ötən ay 6 minə yaxın nəqliyyat vasitəsi keçib


Bu ilin may ayında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan ümumilikdə 58 min 933 nəqliyyat vasitəsi keçib.

Aktual.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gün ərzində "Sınıq Körpü" gömrük postunda idxal və ixrac xəttindən ümumi olaraq 2000-ə yaxın nəqliyyat vasitəsi yoxlanılır: "Sutka ərzində 2209 nəqliyyat vasitəsi həm idxal, həm də ixrac edilir. Ötən ilin bu vaxtı say 2183 olub”.
 
Aktual.az 
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR