Şimali Koreya ABŞ-ı hədələdi: Öz odunda yanarsan!

Şimali Koreya ABŞ-ı hədələdi: Öz odunda yanarsan!
  • DÜNYA

ABŞ və Cənubi Koreya arasında hərbi əməkdaşlıq Şimali Koreyanı qəzəbləndirib.
Aktual.az xəbər verir ki, bu barədə Şimali Koreya mediasında məqalə yayımlanıb.
Məqalədə ABŞ-ın Cənubi Koreyanın "ağası” olduğu iddia edilib.
Bildirilib ki, Seul hökuməti Pxenyana hücum imkanlarını artırmaq üçün ABŞ-dan helikopterlər almağı planlaşdırır:
"Dövlət başçısı müttəhimə çevrilən, hakimiyyət mübarizəsində olan və mövcudluq üçün mübarizə aparan marionet Cənubi Koreyanın ordusu Şimali Koreyanı hədəf alan münaqişə hərəkətlərinə israrla əl atır. Açıq-aydın görünür ki, ABŞ kukla Cənubi Koreya ordusunu ruhlandırmaq rolunu öz üzərinə götürüb. Şimali Koreya heç vaxt düşmənin bu hərəkətlərini gözardı etməyəcək. ABŞ-ın xidmətçisi olan marionet qüvvələr öz ağalarının tələblərini yerinə yetirməyə məhkumdurlar. ABŞ rəqibinin kim olduğuna diqqətlə baxmalı və başlatdığı atəşdə yanmaq kimi ağılsızcasına səhvə yol verməməlidir".
Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR