Sığınacaqlarda monitorinq keçirildi: 22 uşağın məsələsi həll olundu - FOTOLAR

Sığınacaqlarda monitorinq keçirildi: 22 uşağın məsələsi həll olundu - FOTOLAR

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyinin təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fuad Babayev, Elm və  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, İctimai Şuranın üzvləri  Məleykə Əlizadə və Rüfət Əsədzadə qeyd edilən təşkilatların nəzdində fəaliyyət göstərən sığınacaqlarda monitorinq keçirib. 

Monitorinq İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının 4.5.4-ci  maddəsində nəzərdə tutulan "İnsan alverindən zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması”, eləcə də 4.5.6-cı maddəsində nəzərdə tutulan "Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması"  bəndinə uyğun  həyata keçirilib. 

Birgə   fəaliyyət zamanı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin yanında  genderəsaslı  zorakılıq qurbanları üçün sığınacaqdan 7 potensial insan alveri qurbanı olan uşağın, Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən 4 potensial insan alveri qurbanı olan uşağın fərdi təhsilə cəlb edilməsi və 11 uşağın bağcaya yerləşdirilməsi məsələsi yerindəcə həll edilib. Monitorinqdən sonra müzakirələrin gedişində birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsi, hər bir uşağın təhsil imkanlarından istifadəsi və digər yardım məsələləri də diqqət mərkəzində olub.
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR