Siciliyada evlər real olaraq 1 avroya satışa çıxarılıb

Siciliyada evlər real olaraq 1 avroya satışa çıxarılıb

Siciliyanın cənubunda yerləşən Mussomeli şəhərciyində 1 avroya ev almaq mümkündür. Bu qiymət hətta bir fincan qəhvədən iki qat ucuzdur.

ONA vesti.ru-ya istinadla xəbər verir ki, ilkin olaraq 100 belə ev satışa çıxarılıb.
Yaxın gələcəkdə isə daha 400-dən çox ev elə bu qiymətə təklif ediləcək.
Əhalisi 11 min nəfərdən ibarət şəhərdə orta əsrə aid qala, qədim kilsə də var. Bura həmçinin bölgənin bütün şəhərləri kimi, özünəməxsus mətbəxilə də məşhurdur.
Dövlət tərəfindən alıcılar qarşısında yalnız bir şərt qoyulub: bir il içərisində 1 avroya alacağın evi təmir etməlisən. Bir kvadrat metrə təxminən 570 dollar təmir xərci tələb olunur. İnzibati xərclər isə 4000-6450 dollar arasında dəyişir.
Yerli memarlar və mühəndislər təmirə kömək etməyə hazır olsalar da, alıcı istəsə, öz briqası ilə bu işin öhdəsindən gələ bilər.
Qeyd edək ki, evlərin formal qiymətə satışa çıxarılmasının səbəbi kiçik İtalya qəsəbə sakinlərinin böyük şəhərlərə kütləvi köç etmələrinin qarşısını almaqdır.
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR