Şeyx həzrətləri, haqqın ünvanı: "Onun sığındığı bir ünvan var, Allahın dərgahı"

Şeyx həzrətləri, haqqın ünvanı:


İftira, böhtan, qərəzli kampaniya aparan şər qüvvələr, əmin olun ki, apardığınız çirkli təbliğata heç özünüz də inanmırsınız. Bütün Qafqazın şeyxi  Allahşükür Paşazadənin yolu  müstəqil siyasət yürüdən Azərbaycanın yoludur. Onun yolu haqq yolur, Allahın buyurduğu yoldur! O, həmişə ulu öndər Heydər Əliyevə sadiq olub və  bu gün Onun xəttini davam etdirən cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ən böyük tərəqqilərə imza atan Azərbaycanla ürəyi, nəbzi bir vurub.  Bəs, sizin məqsədniz nədir, ay xarici missionerlərin əlində alətə çevrilən xainlər? Azərbaycanı gözü götürməyən hansı xarici düşmənlərdən pul alıb çirkin oyunlara gedirsiniz, bəlkə etiraf edəsiniz?

Son zamanlar əxlaqdan, insani dəyərlərdən xəbəri olmayan bəzi ünsürlər sosial şəbəkələr üzərindən Şeyx həzrətlərinin ünvanına insanlığa yaraşmayan, iftira dolu  qara piar kompaniyasına start veriblər. Bu mənəviyyatsız "klavyatura qəhrəmanları" hətta söyüş, vulqar ifadələr də səsləndirməkdən çəkinmirlər. Bütün zamanlarda belə olub, söyüş, təhqir savadsızlığın, dünyagörüşün olmamasındadır, bunu biləsiniz. Kiminsə ünvanına iftira atmaq, haqqın qabağından qaçmağın, gücsüzlüyün və çarəsizliyin əlamətidir. Bəzi bizdən olmayanlar hətta daha irəli gedərək sosial şəbəkə üzərindən canlı yayım açaraq Şeyx həzrətlərinin ünvanına həqiqətdən uzaq olan ittihamlar səsləndiririlər, məhkəmə qururlar. Sanki ən ağır dövləti cinayət törətmiş bir insan üzərində eksperiment aparırlar. Ayıb deyilmi, böyük bir kütlənin sevimlisi olan müqəddəs insana qarşı bu cür iyrənc kompaniyada yer almaq? Toplaşdığınız şeytan yuvaları Azərbaycanı gözü götürməyən xarici düşmənlərin xeyir-duası ilə yaradılıb. 

İnsan fərd olaraq tənqid də oluna bilər, tərif də. Amma bütün bunların kökündə xüsusi əxlaq forması dayanmalıdır. Əxlaq xüsusi elmdir ki, insanları tərifləyər və tənqid edər. Yaxşı işi ona görə et ki, çünki insanlar onu yaxşı hesab edər. Pis işi görmə, çünki insanlar səni məzəmmət edər. Üzünə bütün elmi institutların, mətbu tribunalarının bağlı olduğu bu ünsürlər sosial şəbəkə üzərindən şeytani həmlələr edirlər. Söyüş ritorikasına əl atmaq, gücsüzlüklə yanaşı həm də, əxlaq kodlarını itirmək, keçmişini xatırlamayan adamlara xas olan xüsusiyyətdir. 

Bir neçə gerizəkalı yığını hətta, "ruhani qiyafəsi"nə girərərək, mənəviyyatdan danışırlar. Ağalarından aldıqları tapşırıqları icra etdikdən sonra, guya kənarda qalmış kimi Şeyx həzrətlərinə qarşı səsləndirilən ittihamların əsassız olduğunu sakitcə qeyd edirlər.  Qeyd etmək yerinə düşər ki, apardığınız idbar təbliğat mənəviyyatdan və əxlaqdan kənarda dayanır. Unutmayın, əxlaq insanlığın ən gözəl libasıdır, həm də böyük elmidir. Çarəsiz ünsürlər, nə əxlaqınız var, nə elminiz. Gündəmə söyüşlə gəlmək, özünü söyüş tribunalarından tanıtmaq bünövrəsi mayası haramla yoğrulan insanların işidir. Yalan, qarayaxma, iftira üzərində qurulan, heç bir səmərəsi olmayan bu kampaniyalara onsuz da Azərbaycan xalqı inanmır. 

"Efirdə otuzdurulan"nın da "mədəniyyəti"ni, o "efirin auditoriyası"na söyüş göndərənin də "mədəniyyəti"ni gördük. Siz ailənizlə bir süfrədə oturanda,  övladlarınızın sifətinə baxıb bu söyülərlə qazandığınız çörəyi onlara yedizdirməkdən xəcalət çəkmədinizmi, əcəba?

Hələ uşaq ikən "Allahu Əkbər" sədaları ilə oyanan, ağlı kəsəndən Allahın müqəddəs kitabı əlindən yerə düşməyən, ömrünü Peyğəmbər və onun sevimli övladlarına, İslam mənəviyyatına həsr edən, dilindən bir kəlmə qeyri-etik ifadə işlənməyən AĞSAQQALA iftira atmaqdan utanmadınızmı?  Təkcə Azərbaycanın yox, bütün Qafqazın şeyxi Allahşükür Paşazadəni gözdən salmaq üçün apardığınız qara piar kompaniyasından qazandığınız pulu rahatca yeyə bilirsinizmi, atdığınız çirkablardan utanmırsınızmı? 

Şeyx həzrətlərinin öyrənib və öyrətdiyi insanın Allahla rabitəsinə aid olan əxlaqdan sizlərin xəbəriniz yoxdu. Nəinki insanın özünə aid olan əxlaqdan, heç insanın başqa insanlara aid olan əxlaqından belə anlayışınız yoxdur. Bəsirət gözünüzü açın və əxlaq haqqında İslam alimlərinin buyurduğunu oxuyun:

"Pis əxlaqlı insan parçalanmış səhəngə bənzəyir. Nə yamanır, nə də əvvəlki kimi palçıq olur. Hər binanın bir təməli vardır. İslamın təməli də gözəl əxlaqdır."
Sizlərin və havadarlarınızın təməli yalanlar və iftiralar üzərində qurulub. Qorxun Allahınızdan, yazıqsınız. Bağışlanmaz günahlarınız dənizin köpüyündən də çoxdur, bunu da bilin. 

Həm də mövzu seçəndə, kimə çamur atıb pul qazanmaq fikrinə düşəndə bir düşünün. Sizin sığındığınz şeytan yuvası o qədər kiçikdir ki, Şeyx həzrətlərini sevən böyük kütlənin sevgi dənizində zərrə kimi görünər. 

Alahşükür Paşazadənin zikr etdiyi təsbehin təkcə bir daşının ağırlığı altından çıxa bilməyəcək qədər geri zəka sahibləri, gedin mənəviyyatınızı təmizləyin! Bir də unutmayın, Şeyx həzrətləri sizin kimi şeytana xidmət edənlərin şərindən, toplum yuvanızdan gələn şər-xətadan qətiyyən çəkinmir. Çünki onun sığındığı bir ünvan var: O ünvan Allahın dərgahıdır, pənah apardığı Odur! Çünki Şeyx haqqın, ədalətin ünvanıdır!
Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR