Seysmoloji Mərkəz Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıb

Seysmoloji Mərkəz Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıb

 Seysmoloji Mərkəz Badamdar şossesinə mobil seysmik stansiyalar quraşdırıb.

Bu barədə "Report"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən məlumat verilib.
Bakı şəhəri Səbail rayonunda, Badamdar-20-ci sahə şossesində baş verən sürüşmə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirilər.
Hazırda Mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb.
Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq hökümətə təqdim ediləcək.
 
Aktual.az
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR