Şəxsi istifadə üçün gətirilən telefonların satışının qarşısı alınacaq

Şəxsi istifadə üçün gətirilən telefonların satışının qarşısı alınacaq

Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri" adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib.

O qeyd edib ki, bu cür faktların qarşısının alınması üçün tədbirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir.
 
Aktual.az 
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR