Səudiyyəli qadınlar ilk dəfə stüardessa işləyəcəklər

Səudiyyəli qadınlar ilk dəfə stüardessa işləyəcəklər
  • DÜNYA

Səudiyyə Ərəbistanından olan ilk qadın təyyarə bələdçiləri bu ay işə başlayacaqlar.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Səudiyyənin "Flynas" büdcə aviaşirkətinə məxsus hava gəmilərinin göyərtələrində sərnişinlərə xidmət edəcək stüardessalar müvafiq kursları bitiriblər. Ümumiyyətlə, "Flynas" iki il ərzində 300 stüardessa hazırlamağı planlaşdırır.
Bələdçilərin formalarının Səudiyyədə adət və ənənələrinə uyğun olacağı bildirilir.

Bu işdə çalışmaq istəyən qadınlar orta təhsilli olmalı, ingilis dilini bilməli və beynəlxalq aviasiya standartlarına cavab verən boy və çəkiyə malik olmalıdırlar.
Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlara avtomobilləri idarə etmə hüququ və taksi sürücüsü işləməyə icazə verilib.
 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR