Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"

Səudiyyə ərəbistanlı nazir:

"Bakıya səfərimdən çox məmnunam və əminəm ki, həmkarlarım da eyni hissi yaşayırlar. Azərbaycan paytaxtının həm qədim, həm də müasir arxitekturası var”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.
"Bir tərəfdə orta əsrlərə aid qala divarları olan "İçərişəhər”, o cümlədən Şirvanşahlar Sarayı, digər tərəfdə isə müasir üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzi yerləşir. Bu binanı Zaha Hadid layihələndirdiyi üçün mənə doğma gəlir. O, Mərkəzi Asiya və Yaxın Şərq arasında müasir əlaqədir. Mənim digər binalarda gördüyüm ərəb əlyazmaları isə bizim tarixi münasinətlərimizin sübutudur.
Azərbaycan təkcə təbii sərvətlərlə zəngin və qədim tarixi malik ölkə deyil, həmçinin müxtəlif mədəniyyətləri və sivilizasiyaları özündə birləşdirən, savadlı və dünyagörüşlü insanları olan məkandır. Bu ölkə Nizami Gəncəvi, Mirzə Fətli Axundov, Süleyman Rüstəm kimi şair və filosoflar, Leyla Məmmədbəyli, Lütfi Zadə kimi alimlər, Mstislav Rastropoviç kimi musiqiçi yetişdirib”, - deyə o qeyd edib.
"Azərbaycanın qədimdən kəşf olunmamış karbohidrogen ehtiyatları ona "Odlar Diyarı” adının verilməsinə səbəb olub. 19-cu əsrdə bura dünyanın ilk neft quyularının olduğu ərazi idi və həmin dövrdə Azərbaycanda neft istehsalının həcmi dünya üzrə istehsalın yarıdan çoxunu təşkil edirdi.
Əminliklə deyə bilərəm ki, Azərbaycan və zəngin Xəzər dənizi olmasaydı, dünyanın əsas nef-qaz hövzəsi bu gün bu cür ola bilməzdi. Bu ehtiyatlar təbii olaraq Azərbaycan xalqını OPEC+-lə bağlayır və mən şadam ki, OPEC+ liderlərinin əksəriyyəti bu bağlılığı daha da gücləndirmək üçün bu gün bu iclasda iştirak edir. Biz neft-qazın Azərbaycan xalqının rihafı üçün necə vacib olduğunu və bu ölkənin gələcək planlarının həyata keçirilməsində oynadığı rolu anlayırıq, - deyə nazir bildirib.
"Biz birlikdə hərəkət etdiyimiz qədər heç vaxt güclü olmuruq. OPEC və başda Rusiya olmaqla qeyri-OPEC ölkələrinin birgə səyləri bizim geniş ailənin, o cümlədən Azərbaycanın iqtisadi çiçəklənmə mənbəyi olaraq qalır.
Ümid edirəm ki, siz hamınız bu günki yeməklərindən və Azərbaycanda əylənməkdən həzz alacaqsınız. Təşəkkür edirəm”, - deyə Xalid Əbdüləziz Əl Falih çıxışını yekunlaşdırıb. 
Xəbər 96 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR