Səudiyyə Ərəbistanı Avropaya ucuz neft ixracını artırır

Səudiyyə Ərəbistanı Avropaya ucuz neft ixracını artırır

Səudiyyə Ərəbistanı Avropa ölkələrinə ucuz qiymətə neft ixracını üç dəfə artırmağa hazırdır.

"Report” "Bloomberg”ə istinadən xəbər verir ki, "Arab Light” markalı neftin cəmi 25 ABŞ dollarından Rotterdama tədarük etmək nəzərə tutulur. Bununla da Səudiyyə Ərəbistanı Rusiyanın "Urals” markalı neftinə nisbətən xeyli aşağı qiymət təklif etməklə adıçəkilən ölkəni Avropa bazarından sıxışdırmağı hədəfləyir.
Mənbələrin bildirdiyinə görə, Avropanın "Royal Dutch Shell”, BP, "Total”, OMV, "Repsol”, "Cepsa” kimi ən iri neft şirkətləri "Saudi Aramco”dan əvvəlkindən dəfələrlə artıq həcmdə neft tədarükü təklifləri alıb: "Əlavə tədarük həcmi 25 faizdən 200 faiz arasında dəyişir”.
"Aramco” bu məlumatı təsdiqləyib.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+”) iştirakçılarının bu il martın 6-da keçirdiyi iclas zamanı hasilatı azaltmaq sazişinin gələcəyi ilə bağlı razılığa gəlinməyib. Belə ki, Səudiyyə Ərəbistanı neft hasilatını daha da azaltmağı, Rusiya isə mövcud səviyyədə saxlamağı təklif edirdi. Razılaşmanın baş tutmaması nəticəsində aprelin 1-dən OPEC+ iştirakçısı bütün ölkələrdə hasilatla bağlı hər cür məhdudiyyətlər aradan qalxır.
Bunun nəticəsində bu həftənin əvvəlində neft 30%-dək ucuzlaşıb. Bugünkü hərraclarda "Brent” markalı neftin bir bareli 34,21 ABŞ dollarından satılıb.
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR