Sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törədib - FOTO

Sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törədib - FOTO

Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, İlqar İsmayılov sərxoş vəziyyətdə ona məxsus 90-SA-832 dövlət nömrə nişanlı "Volkswagen Passat” markalı avtomobilin sükanı arxasına əyləşib. O, avtomobili idarə edərkən yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanan, Məmmədov Çingiz İbrahim oğluna məxsus 90-LS-301 dövlət qeydiyyat nişanlı "Hyundai” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı İ.İsmayılov üz nahiyəsindən yüngül xəsarət alıb. O, "Report”a anlaqsız vəziyyətdə olduğunu bildirərək, qəzanın necə baş verdiyini xatırlamadığını və sükan arxasında yuxuladığını etiraf edib.
Qəza nəticəsində "Hyundai” markalı avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün müvafiq məntəqəyə aparılıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.


Aktual.az
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR