Sərnişinlərin nəzərinə: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin nəzərinə: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Aktual.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmiryolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərməməsidir.

Bu gündən marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR