Sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edildi (SİYAHI)

Sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edildi (SİYAHI)

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdən biridir. Əsasən də Agentliyin sosial şəbəkələrdəki rəsmi hesablarına daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, araşdırma tələb edən müraciətlər müvafiq şöbələrə yönləndirilir.

Bu barədə Aktua.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Aparılan statistik araşdırmalar zamanı vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətləri müəyyən edilib. Belə ki, təhlillərə əsasən;

40-202 daşıyıcı şirkət "Çinar-Trans” MMC,

44-daşıyıcı şirkət "Şidili” MMC

77-daşıyıcı fiziki şəxs Malik Orucov

119-135 daşıyıcı şirkət "Faiqoğlu”

149-164 daşıyıcı şirkət "BMH” MMC

163 daşıyıcı şirkət "Grand-Bus” MMC

214 daşıyıcı şirkət "Ayşən-LTD” MMC

Müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.

Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.

Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin dəyişdirilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlər görüləcək.

Xəbər 633 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR