"Sərdar Cəlaloğlu Elmar Məmmədyarovun yerinə təyin edilsin!"


Bu gün Sərdar Cəlaloğlu Musavat tv-də bəyan etdi ki, biz Qarabağın azadlığı üçün Rusiya ilə danışıqlar aparmalıyıq, amma Avrasiya İttifaqına üzv olmamalıyıq. Nəyin qarşılığında Azərbaycana və Ermənistana ciddi təsir vasitəsi olan, regionda Rusiyanın mövcudluğunu təmin edən bu münaqişənin həllinə razılıq verəcəyi barədə danışmadı. Bəlkə PKK-çı Dilanla vaxtilə Naxçıvanda danışıqlar aparıb ciddi uğurlara imza atmış (PKK fəaliyyətini dayandırıb, daha türk qardaşlarımızı öldürmür) Sərdar bəyi Məmmədyarovun yerinə qoyaq. Bəlkə kişi Putinlə danışıqlarda onu gipnoz edib istədiyi sənədə qol çəkdirəcək istedada malikdir. Yoxsa hamı onun kimi düşünür ki, 20% torpaqlarımızın işğal altında qalmasında xüsusi rolu olan Rusiyadan indiki vəziyyətdə bizim heç bir asılılığımız yoxdur. Siz nə fikirləşirsiniz?!


Niyaməddin Orduxanlı

Xəbər 1260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR