Şəmkirdəki silahlı insidentlə bağlı cinayət işi açıldı

Şəmkirdəki silahlı insidentlə bağlı cinayət işi açıldı

Şəmkir rayonunda odlu silahla həmyerlisini güllələyən şəxs barəsində cinayət işi açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Kəlbəcər rayonundan məcburi köçkün olan və Şəmkir rayonunda məskunlaşmış, 1992-ci il təvəllüdlü Mircəlal Azər oğlu Mehdiyevi hər iki bud nahiyəsindən güllələyərək yaralayan həmyerlisi, 1991-ci il təvəllüdlü Ramin Kərimov barəsində cinayət işi açılıb. 
Belə ki, cinayəti törətdikdən sonra hadisə yerindən qaçan şübhəliyə Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hadisə Şəmkir şəhərinin ərazisində bazarda ticarətlə məşğul olan M.Mehdiyevlə R.Kərimov arasında şəxsi münasibətlər zəminində baş verib. Hazırda R.Kərimovun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Aktual.az
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR