Şəmkirdə ağır yol qəzası - 2 nəfər öldü

Şəmkirdə ağır yol qəzası - 2 nəfər öldü

Şəmkir rayonunda avtomobil qəzası nəticəsində ölənlərin sayı 2-yə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, daha iki nəfər yaralı var.
Məlumata görə, ölənlər Ayaz və Emil, yaralılar isə Xəyyam və Əlizamin adlı şəxslərdir. Yaralılar Gəncə şəhərində yerləşən özəl xəstəxanaya aparılıb.

***

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində sürücü ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kənd ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan avtomobil maneə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR