Şəmkir polisi cinayətkarları niyə tutmur? – VİDEO

Şəmkir polisi cinayətkarları niyə tutmur? – VİDEO

3
 
Redaksimıza maraqlı zəng daxil olub. Adının çəkilməsini istəməyən şəxs bildirib ki, bugünlərdə Şəmkir rayonu ərazisində vəhşi olay baş verməsinə baxmayaraq rayon polisi hərəkətə keçməyib. Belə ki, Şiştəpə kəndinin üç sakini, Zaur, Zabil və Bəylər qardaşları Şəmkir rayon sakinləri, Orxan və Şirxan Aşurəliyev qardaşlarını fərdi əməklə bağlı İrmaşlı kəndinə çağırıblar. Kəndin girişində onları qarşılayan Aslanovlar dərhal silaha əl ataraq onları diz üstə çökdürüb vəhşicəsinə döyüblər. Etdikləri hərəkətləri videoya çəkərək onları tanıyanlar arasında yayıblar.

Bundan sonra döyülən və təhqir olunan Aşurəliyev qardaşları polisə müraciət etsələr də cinayətkarlar hələdə azadlıqda gəzir. Məlumatlı mənbənin bildirdiyinə görə bu qardaşlardan nəinki Şiştəpə camaatı, rayon sakinlərinin hamısı çəkinir. Onların olduğu kafe-restoranlara, çayxanalara qorxusundan heç kim girmir. Araşdırmalarımız zamanı məlum oldu ki, Aşurəliyev qardaşlarını işgənçəylə döyənlərdən biri, Aslanov Zaur bir müddət əvvəl silah və narkotika ilə əlaqədar Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılılaraq istintaq müddətində Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib. Yaxınlarda isə naməlum səbəbdən İstintaq Təcridxanasından zaminə götürülərək azadlığa buraxılıb. Maraqlı burasıdır ki, qardaşların yenidən torətdikləri hadisədən adıçəkilən idarənin xəbəri olsa da nə Zaur Aslanovla, nə də qardaşları ilə bağlı heç bir tədbir görülməyib.

Nəzərə alsaq ki, Vilayət Eyvazov nazir təyin edildikdən sonra cinayətkarlığa qarşı və bütün DİN strukturlarında pozitiv canlanma var, bəzi idarə və şöbələr köhnə ənənəlirdən əl çəkmək istəmir. Görünən odur ki, polis hələdə faktları yuxarılardan gizlədə bilir. Əks təqdirdə cinayətkarlara qarşı qəddarlığı ilə tanınan cənab general baş vermiş bu olaya etinasız qala bilməzdi.

Cümhuriyyət.az

Xəbər 1798 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR