Səlim Müslümovun "sağ əli" kimi tanınan Əjdər Ol da saxlanıldı

Səlim Müslümovun

Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb. 
 Aktual.az bildirir ki, bu barədə kulis.az-a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib.
O bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.
Xatırladaq ki, Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib. 
Ötən həftə S. Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əjdər Ol da Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb. 
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR