Səkkiz şadlıq sarayı cərimələndi, biri haqda cinayət işi başlandı - VİDEO

Sumqayıtda 8 şadlıq sarayı 4000 manat cərimə edilib, 1 şadlıq evinin sahibi barəsində cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində də reyd keçirilib.

İctimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən  sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Həmçinin Sumqayıt şəhəri ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda müvafiq qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur.

Belə tədbirlər nəticəsində 8 şadlıq sarayında keçirilən toylarda karantin qaydalarının pozulduğu, yəni qonaqların say həddini aşdıqları, "İcazə.e-gov.az” portalından qeydiyyatdan keçmədikləri aşkar edilib. Həmin şadlıq evləri inzibati qaydada 4000 manat məbləğində cərimələniblər.

"Love Palace” şadlıq sarayının sahibi vətəndaş Elçin Şahverdiyev isə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Sumqayıtda 8 şadlıq sarayı 4000 manat cərimə edilib, 1 şadlıq evinin sahibi barəsində cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətindən HİT.az-a verilən məlumata görə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində də reyd keçirilib.

İctimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən  sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Həmçinin Sumqayıt şəhəri ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda müvafiq qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur.

Belə tədbirlər nəticəsində 8 şadlıq sarayında keçirilən toylarda karantin qaydalarının pozulduğu, yəni qonaqların say həddini aşdıqları, "İcazə.e-gov.az” portalından qeydiyyatdan keçmədikləri aşkar edilib. Həmin şadlıq evləri inzibati qaydada 4000 manat məbləğində cərimələniblər.

"Love Palace” şadlıq sarayının sahibi vətəndaş Elçin Şahverdiyev isə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR