Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı BƏYANAT

Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı BƏYANAT

 Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə "donuz qripi" virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Nazirlikdən Aktual.az-a daxil olan bəyanatda bildirilib ki, bu barədə yayılan məlumat həqiqətəuyğun deyil. 
Qeyd olunub ki, ölkədə "donuz qripi" virusu yayılmayıb: "Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır". 
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR