Səhiyyə Nazirliyi MRT və KT müayinələri üçün əks-göstərişləri açıqladı

Səhiyyə Nazirliyi MRT və KT müayinələri üçün əks-göstərişləri açıqladı

Səhiyyə Nazirliyi maqnit rezonans görüntüləmə (MRT) və kompüter tomoqrafiyası (KT) diaqnostik müayinələri üçün mövcud olan əks-göstərişləri açıqlayıb.

Aktual.az "Report"a istinadla xəbər verir ki, nazirliyin mütəxəssisi Xəyalə İsmayılzadə KT-nin şüaya bağlı işləyən cihaz olduğu üçün və şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə konsoregen ehtimalının olduğunu nəzərə alaraq KT müayinəsindən yalnız həkim göstərişi əsasında keçilməli olduğuna diqqət çəkib.

O qeyd edib ki, bu qaydanın istisnaları ola bilər; həyati zərurət olduğu təqdirdə, həkim qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər: "MRT müayinəsi isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla istifadə edə bilər. MRT üçün əks göstərişi isə orqanizmdə metal cihazlar olan xəstələr hesab edilir. Ürəyin süni ritm aparıcısı, metal qəlpələr, göz nahiyyəsində yad metal cisim, orta qulağın elektron və ya ferromaqnit protezləri, iri metal daxili protezlər, baş beyin damarların qan saxlayan sıxacları və s. buna misal göstərmək olar".

Mütəəssis COVID-19 xəstəliyindən şübhələnən hər kəsin radioloji müayinədən keçməli məsələsinə də toxunub. Onun sözlərinə görə, COVID-19 xəstəliyində əldə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla bilər və aparılan müalicə dəyişdirilə bilər: "Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslanan, lakin PCR yaxmanın mənfi olduğu hallarda xəstələrdə diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyasını tələb edirik. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiya istənilə bilər. Xəstəliyin ağciyərlərə çatdığını düşünürüksə, müayinə zamanı ağciyərdə hər hansı bir zədələnmə hiss ediriksə, xəstədə tənəffüs çətinliyi varsa, o zaman ağciyər tomoqrafiyası edərək xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etməyə çalışırıq. COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur".
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR