Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır   — FOTO

Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır   — FOTO

Məlum olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən evdə müalicə olunan koronaviruslu xəstələrə dərmanların çatdırılmasına başlanılıb. 

Bu barədə Operativ Qərargahın sonuncu brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov da məlumat vermişdi. Artıq preparatları əldə etmiş şəxslər sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edirlər. 

Ailəsi üçün dərmanları evinə çatdırılmış vətəndaşlardan biri, adının açıqlanmasını istəməyən xanım "Qafqazinfo”ya bildirib ki, Səhiyyə Nazirliyi onları apteklərdə tapılmayan dərmanlarla təchiz edib: "Anamda nəticə pozitiv çıxan kimi TƏBİB-dən zəng etdilər. Dedilər ki, sahə həkimi bizimlə əlaqə saxlayacaq. Sonra 1-2 günə tibb bacısı dərmanları gətirib bloka qoydu, biz də oradan götürdük”. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə də çıxışında yüngül gedişatlı xəstələrə birinci mərhələ üçün nəzərdə tutulan preparatlar olan vitamin C, E, D3, maqnezium, selen, parasetamolun verildiyini bildirib. O, xüsusilə qeyd edib ki, dərmanlar yalnız həkimin təyinatı ilə verilməlidir.
Xəbər 121 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR