“Şəhidlər ölməzdir” adlı rəsm-sərgi müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Şəhidlər ölməzdir” adlı rəsm-sərgi müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sentyabrın 30-da Bakı Xətai Sənət Mərkəzində "Sənətşünaslığın təbliği” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən "Şəhidlər ölməzdir” adlı rəsm-sərgi müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Aktual.az xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sərgidə çıxış edən "Sənətşünaslığın təbliği” İctimai Birliyinin rəhbəri, tanınmış sənətşünas Ziyadxan Əliyev vurğulayıb ki, müsabiqədə iştirak edən rəssamların böyük əksəriyyəti şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirdə iştirak etməyi özləri üçün fəxr bilirlər. Qeyd olunub ki, əsərlərin qiymətləndirilməsində onların həcmi deyil, peşəkarlıq, əsərin təsir gücü və süjet tamlığı əsas götürülüb.
Sonra tədbirin təşkilatçısı ilahiyyatçı Fazil Əhmədli, Xalq rəssamı Ağəli İbrahimov və digərləri çıxış edərək sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşüblər.

Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsində iştirak edən rəssamlar "Sənətşünaslığın təbliği” İctimai Birliyi adından təşəkkürnamə ilə təltif olunublar.
Daha sonra isə sərgidə nümayiş olunan rəsm əsərləri sərginin sonunda satışa çıxarılıb.






Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR