Şəhidin qardaşı doğuldu, adını körpəyə qoydular (FOTOLAR)

Şəhidin qardaşı doğuldu, adını körpəyə qoydular (FOTOLAR)

II Qarabağ müharibəsi şəhidi Elxan Rzayevin qardaşı dünyaya gəlib.

Aktual.az xəbər verir ki, valideynləri yeni doğulan körpəyə qardaşının adını veriblər. Bu haqda millət vəkili Kamal Cəfərov sosial şəbələ hesabında bildirib:

"İkinci Qarabağ müharibəsi şəhidi Elxan Rzayev evin tək oğlu idi və nişanlı idi. Atası Aris dayı oğlunun toy mərasimi üçün də bütün hazırlığını görmüşdü. Elxan ali təhsilli idi, Qaraqaşlı kənd orta məktəbində informatika dərsi deyirdi. Hər bir şəhid ailəsində olduğu kimi, Elxanın da evində həmişə dərin hüzün var idi.

Bir neçə ay bundan əvvəl şəhidimiz Elxanın atası Aris dayı dedi ki, xoş xəbər var, yaxın zamanda Elxanın qardaşı dünyaya gələcək. Elxanın qardaşı aprelin 29-u dünyaya göz açdı və adını da Elxan qoydular. İnşallah adına da layiq övlad olacaq”.

Qeyd edək ki, Elxan Rzayev Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Elxan Rzayev Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər 927 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR