Şəhid olan əsgərimiz dəfn edildi – FOTOLAR

Şəhid olan əsgərimiz dəfn edildi – FOTOLAR

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

"Report”un Qərb bürosu xəbər verir ki, şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sadə insanlar iştirak ediblər.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb

Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR