Səfir İran vasitəsilə Ermənistana silah tədarükünə münasibət bildirdi

Səfir İran vasitəsilə Ermənistana silah tədarükünə münasibət bildirdi

"Bölgə məsələləri üzrə mövqeyimiz aydındır. Azərbaycanla əlaqələrimizin inkişafı üçün heç bir maneə yoxdur. Eyni zamanda Ermənistanla da adi qonşuluq münasibətlərimiz var”.

Aktual.az xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında jurnalistlərin Rusiyanın Ermənistana İran ərazisindən silah tədarükü barədə sualını cavablandırarkən deyib.

"İran heç vaxt qonşu, dost və müsəlman Azərbaycana qarşı arxadan hansısa iş görülməsinə yol verməz. Şəxsən özüm İranda bu məsələni araşdırdım. İran üzərindən Ermənistana Azərbaycana qarşı tədarükü inkar edirik. Bizə deyildiyi kimi və Rusiya Müdafiə nazirinin dediyi kimi, bəzi inşaat materialları olub”, - səfir söyləyib.

"Azərbaycan-İran münasibətləri dünən formalaşmayıb ki, onları hansısa dezinformasiya ilə korlamaq mümkün olsun. Bu cür təhrikedici məlumatlara qarşı son dərəcə ehtiyatlı olmaq lazımdır”, - səfir əlavə edib.(report.az)
Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR