Şəfəq Hüseynlinin layihəsi Avropa Şurası Nazirlər Komitəsinin gündəliyinə salındı

Şəfəq Hüseynlinin layihəsi Avropa Şurası Nazirlər Komitəsinin gündəliyinə salındı

Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru və Avropa Şurasında gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynlinin müəllifi olduğu "Antdiopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini xüsusi əhəmiyyətli layihə kimi Nazirlər Komitəsi dəstəkləyib.

AMADA-nın mətbuat xidmətindən Qaynarinfo-nun verilən məlumata görə, bu, Avropa Şurasının Nazirlər Komitəsinin 1418-ci iclası zamanı Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 2022 - 2025-ci illər üzrə əsasnaməsinin təsdiq edilməsi zamanı qərarlaşdırılıb.

Yeni əsasnaməyə əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan gender bərabərliyi üzrə ciddi addımlar atılmalıdır. Bunu nəzərə alaraq, Ş.Hüseynlinin artıq başladığı gender bərabərliyi üzrə layihəsini bu istiqamətdə ayrıca görüləcək iş kimi Nazirlər Komitəsi təsdiqləyib.

Qeyd edək ki, Avropa Şurasının müxtəlif komitələrinin əsasnamələrində adətən onların missiyası, vəzifələri və fəaliyyət istiqamətləri əks etdirilir. Lakin gender bərabərliyi Avropa Şurasının Baş Katibinin, Mariya Peyçinoviç Buriçin elan etdiyi prioritet istiqamətlərindən biri olduğundan, Ş.Hüseynlinin layihəsi xüsusi diqqətə səbəb olub və CAHAMA-nın əsasnaməsində yeganə layihə kimi yer alıb.

Nazirlər Komitəsi AMADA direktorunun "Antdiopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin əhəmiyyətini və aktuallığını nəzərə alaraq, belə bir qərar qəbul edib və əsasnamə ilə tapşırıb ki, layihənin icrası ilə bağlı xüsusi hesabat hazırlansın. Bununla bağlı, hesabatı 2022-ci ildə Ş.Hüseynli Nazirlər Komitəsinə təqdim edəcək.

Qeyd edək ki, Şəfəq Hüseynli mayda CAHAMA-nın 53-cü iclasında "Antdiopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini təqdim edib və layihə dəstəklənərək Avropa şurası ilə birgə icrasına qərar verilib. Bununla bağlı Avropa Şurasının İdman Konvensiyaları üzrə Sədri və Katibliyi tərəfindən Azərbaycana xüsusi təşəkkür bildirilib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumların arasında gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədlərinin və daxili qaydaların təhlil edilməsi və bununla əlaqədar yekun hesabatın və tövsiyyələrin hazırlanmasıdır.

Ş. Hüseynli 2019-cu ilin oktyabrında Avropa Şurasının Gender Bərabərliyi Məruzəçisi seçilib.
Xəbər 90 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR