"Sədərək" Ticarət Mərkəzində qoyulan qadağalar (AÇIQLAMA)


"Sahibkarlar və satıcılar maska taxmasalar onların mağazalarının açılmasına imkan verilməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib.  
Onun sözlərinə görə, hazırda bazarda təmizlik işləri aparılır:


"Bazarda Operativ Qərargahin qoyduğu bütün qaydalara və qadağalara əməl olunacaq. Bütün qaydalar və qadağalar sahibkarların nəzərinə çatdırılacaq. Ticarət mərkəzi açılan günü satıçılara maska paylanılacaq. Alcılara qadağalar qoyulacaq ki, maskasız bazara girilməsin. Sahibkar və satıcılar maska taxmasalar, mağazalarının açılmasına imkan verilməyəcək”.


Kəmaləddin Qədim qeyd edib ki, bundan əlavə digər qoruyucu vasitələrdən də istifadə olunacaq: 


"Sosial məsafə saxlanılmalıdır. Deyilən qaydalara və tövsiyyələrə əməl etməyən sahibkarlar və satıçılar haqqında tədbir görüləcək. Bazarın özündə cəza tədbirləri var”.


Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən "Sədərək” və "Binə” Ticarət Mərkəzləri koronavirus pandemiyasının geniş yayılmaması səbəbindən martın 24-də bağlanıb.

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR