"Seçkilərlə əlaqədar MSK-ya şikayətlərin sayında azalma var" - Məzahir Pənahov


Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlərin sayı azdır.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olan şikayətlərin sayı deyil, ümumilikdə şikayətlərin sayında azalma müşahidə olunur: "Bəzi şikayətlər var ki, biz istəsək də, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın iclasında müzakirəyə çıxarıla bilməz. Belə şikayətlər də daxil olmaqla, MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib".
M.Pənahov bildirib ki, parlament seçkilərində iştirak üçün rekord sayda namizədlərin qeydə alınması müsbət haldır:
"Görünür ki, artıq insanlar cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR