"Seçki öz vaxtında olacaq"- Elşən Musayev


"Parlamentin buraxılması və guya payızda Milli Məclisə yeni seçkilərin, eyni zamanda Referendumun keçirilməsi ilə bağlı söylənilən, sosial şəbəkələrdə ortaya atılan fikirlər tamamilə əsassızdır və dezinformasiyadır. Bu mövzunu kimlərsə qəsdən, məqsədli şəkildə ortalığa atır və gündəmi dəyişmək istəyir. Amma bir daha təkrar etmək istəyirəm: yoxdur belə bir şey, yoxdur belə bir plan, yoxdur belə bir perspektiv! Seçki öz vaxtında olacaq. 2025-ci ildə. Buna hər kəs əmin olsun."
 
 Aktual.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev son günlər Parlamentin buraxılması  ilə bağlı gəzən şayiələrə münasibət bildirərkən söyləyib.

"Parlament öz üzərinə düşən işi maksimum yüksək və peşəkar səviyyədə görür. Parlament öz Qanunvericilik fəaliyyətini  layiqli şəkildə həyata keçirir. Ona görə də mövcud Parlamentin, mövcud tərkibin vaxtından əvvəl buraxılması haqda fikirlər şayiədən savayı bir şey ola bilməz. İnsanlara, dəyərli vətəndaşlarımıza, sosial şəbəkə istifadəçilərinə də tövsiyyəm budur ki, havadan gələn, mənbəyi olmayan sözlərə, yalanlara, əsassız fikirlərə, dezinformasiyalara inanmasınlar" - deyə millət vəkili fikirlərinə davam edib.
Xəbər 643 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR