Şəbnəm efirdə mahnının sözlərini unutdu

Şəbnəm efirdə mahnının sözlərini unutdu

Müğənni Şəbnəm Tovuzlu ötən gün "Hər şey daxil" verilişində qonaq olub.

Aktual.az axşam.az-a istinadən bildirir ki, o, Xalq artisti Aygün Kazımovanın repertuarından olan "İtkin gəlin" mahnısını canlı ifa edib.
Bu zaman ifaçı mahnının sözlərini unudaraq "Ölməksə sənin üçün ölüm deməkdir, Məhəbbət əbədi ölüm deməkdir" cümlələrini işlədib.
İfasından sonra prodüser Tarix Əliyev onun səhv oxumağına irad tutub.
Müğənni "Mənim söz bazam genişdir. Müğənni ona deyirəm ki, bir söz yadından çıxırsa, onu sətirlərə qoşub, düzgün şəkildə təqdim edir. Ora mənasız söz qoşmadım" deyə, bildirib.
Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR