Şarl Mişel: "Biz Kremldən qorxmuruq"

Şarl Mişel:
  • DÜNYA

"Bu gün biz açıq şəkildə 2 şeydən danışırıq. Birincisi, Prezident Zelenskiyə və Ukrayna xalqına mesajdır ki, Avropa İttifaqı ukraynalıları bütün istiqamətlərdə dəstəkləyəcək".
Aktual.az-ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu gün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz qorxu hiss etmirik və Kremldən qorxmuruq, çünki Ukrayna və Aİ bir ailədir. İkincisi, Ukraynanın gələcəyi təbii ki, Aİ-dədir. Ukrayna xalqı isə öz seçimini azadlıq, demokratiya və qanunun aliliyi lehinə edib. Və biz çox dəqiq qərar vermişik ki, ukraynalıların gələcəyi bizə məxsusdur, bizimlə paylaşılacaq. Sizin taleyiniz bizim taleyimizdir. Ona görə də bu gün cənab Prezident Zelenski, bu həlledici məqamda biz Avropa Komissiyasının rəhbəri ilə birlikdə sizi dəstəkləyirik, çünki siz xalqınızın simvolusunuz və onun cəsarətini nümayiş etdirirsiniz" - Şarl Mişel əlavə edib.(report)

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR