“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlandı

“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlandı

Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi və Türkiyə-Azərbaycan İş Adamları və Sanayiçilər Birliyinin (TÜİB) dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa hazırlanıb.
 
Aktual.az xəbər verir ki, tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində "Sarıqamış” əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlandıqlarına görə əksəriyyəti həlak olmuş, minlərlə türk hərbçilərinin və azərbaycanlı mülki vətəndaşların xatirəsinə ithaf olunub.
 
Tamaşa 24 Oktaybr 20.00-da təqdim olunacaq.
 
Qonaqlar arasında Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin olacağı gözlənilir. 
 
Biletləri Caspian Plaza, 1-ci korpus, 12-ci mərtəbə TÜİB ofisindən əldə edə bilərsiniz.
 
Əlaqə nömrəsi: +994516415858
 
 
Aktual.az

Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR