Sandu türk liderə qalib gəldi - Rəsmi

Sandu türk liderə qalib gəldi - Rəsmi
  • DÜNYA

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.
Aktual.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası artıq səslərin 76%-nin sayıldığını bildirib.
Hazırkı nəticəyə görə, Stoyanoğlu 52,02% səslə liderdir. Hazırkı Prezident Maya Sandu isə 47,98% səs toplayıb.
Qeyd edək ki, oktyabrın 20-də keçirilən prezident seçkilərində qalib müəyyənləşməmişdi. İkinci turda sabiq baş prokuror Aleksandr Stoyanoğlu və hazırkı Prezident Maya Sandu mübarizə aparır.
***
Bülletenlərin 90%-nin sayılmasından sonra nəticələr belədir:
Aleksandr Stoyanoğlu - 50,81%
Maya Sandu - 49,19%
***
Bülletenlərin 98,9%-i sayılandan sonra nəticələr belədir:
Aleksandr Stoyanoğlu - 45%
Maya Sandu - 55%.
Maya Sandu əsas etibarilə Moldovadan kənarda, Avropa ölkələrində olan diaspordan ciddi səs alıb. O, artıq qalib gəldiyini elan edib.
Xatırladaq ki, Aleksandr Stoyanoğlu etnik qaqauzdur.
Xəbər 134 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR