Samuxdakı RƏZALƏTİN ŞOK TƏFƏRRÜATI - Sən demə, gəlinin saçını qayınanası yox, atası...

Samuxdakı RƏZALƏTİN ŞOK TƏFƏRRÜATI  - Sən demə, gəlinin saçını qayınanası yox, atası...

Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ.-nin qaynanası və yoldaşı tərəfindən döyülməsi və intihara cəhd etməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı müxtəlif şayiələr var:
"Onun saçının qaynanası tərəfindən kəsilməsi yanlış məlumatdır. Normal ailədirlər, bu vaxta qədər heç bir münaqişə, problemlərini eşitməmişik. Gənc ailədir, sevib evləniblər, iki azyaşlı uşaqları var. Özü evdar qadındır, yoldaşı Gəncədə işləyir. Deyilənə görə, bir neçə gün əvvəl aralarında münaqişə olub. Qayınatası rəhmətə gedib, qayınanası onlarla birlikdə yaşayır. Yəqin ki, işə o da qarışıb. Sonra qadın uşaqlarını qoyub, atası evinə gedib”.
Sakinlər deyir ki, elə hadisə də atası evində baş verib: "O, intihar etməyib. Deyilənə görə, ərinə xəyanət edib, buna görə də atası vurub. Ərinin, qayınanasının ifadəsini almaq üçün rayon mərkəzinə apardılar”.
Hazırda qadın Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın baş həkimi Azad Quliyev Publika.az-a açıqlamasında qadının vəziyyətinin orta ağır olduğunu deyib: "Qadın dediyinə görə, esense içib, intihara cəhd edib. Lakin aparılmış toksikoloji müayinələr nəticəsində qanında və sidiyində zəhərlənmə əlaməti aşkar edilməyib. Onun başında, boğazında travmalar, sol əlində kəsiklər var. Dediyinə görə, özü intihara cəhd edib, qolunu kəsib. O bildirib ki, ailə münaqişəsi zəminində mübahisə olub, yaralanmaları də bu hadisə nəticəsində olub”.
 
Aktual.az
Xəbər 734 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR