Samuxda bir ailənin üzvləri yol qəzasına düşdü, ölən var

Samuxda bir ailənin üzvləri yol qəzasına düşdü, ölən var

Samux rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qırmızı Samux sahil yolunda qeydə alınıb. 
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində sürücü Elnur Süleymanov xəsarət alıb. Onun oğlu, 2014-cü il təvəllüdlü Hüseyn Süleymanov isə hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xəbər 100 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR