Samsung sınmayan displey təqdim edəcək

Samsung sınmayan displey təqdim edəcək

"Samsung" şirkəti "Corning Gorilla Glass 6" şüşəsinin təqdimatından sonra zərbəyə davamlı elastik OLED displeyini təqdim edib. Yeni texnologiyanın sınaqdan keçirilməsi zamanı yeni tip displeyin rəqibi ilə müqayisədə 2 dəfə daha davamlı olduğu məlum olub.
 
Aktual.az ICTnews
-a istinadən bildirir ki, yeni texnologiya artıq "Underwrites Laboratories" sertifikatını alıb. 1,2 metr hündürlükdən 26 dəfə yerə düşən displey normal işləyib və onda heç bir zədə qeydə alınmayıb. 1,8 metr hündürlükdən bərk səth üzərinə düşmə zamanı da displey zədələnməyib. Həmçinin yeni tip displey yüksək (71 selsi dərəcə) və aşağı (-32 selsi dərəcə) temperatura davamlılıq sınağından da müvəffəqiyyətlə keçib.
 
"Samsung"un  nümayəndələrinin sözlərinə görə, yeni texnologiyanın yalnız smartfonlarda deyil, həmçinin avtomobil, hərbi texnika, planşet və noutbuklarda tətbiqi planlaşdırılır.
 
Aktual.az 
Xəbər 726 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR