Samir Şərifov: “Neftdən asılılığımızın azaldılması istiqamətində tədbirlər görülür”

Samir Şərifov:  “Neftdən asılılığımızın azaldılması istiqamətində tədbirlər görülür”

"Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevtərəfindən yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub”.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. 
Onun sözlərinə görə, həmin göstəricilər 2019-cu ildə hədəfə qarşı çox sürətlə icra olunub: "31,1 faizə qarşı 26,6 faiz təşkil edib. Bu da onun göstəricisidir ki, neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR