Şamaxıda silahlı insident: 2 nəfər xəsarət alıb

Şamaxıda silahlı insident: 2 nəfər xəsarət alıb

 Şamaxı rayonunda silahlı insident baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Axundov küçəsində qeydə alınıb.
Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi,  şəhər sakini Elxan Əlibaba oğlu Qədimov isə qarının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi alıb. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Qədimova ilkin tibbi yardım göstərilib, əməliyyat olunan xəstənin vəziyyəti kafidir. C.Qədimov isə evə buraxılıb.
Hadisəni törətmiş şəxs və ya şəxslərin kimliyi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR