Salyanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Salyanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Salyan rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Səfər Məlikov və Cabbar Vahabov saxlanılıblar.
S.Məlikovdan çəkisi 425 qram, C.Vahabovdan isə 485 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR