Salyanda ağır yol qəzası baş verib: yaralılar var

Salyanda ağır yol qəzası baş verib: yaralılar var

Salyan rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, mikroavtobusların toqquşması zamanı Astara sakini, 1971-ci il təvəllüdlü Quliyeva Reyhan Orucəli qızı, Lənkəran sakini, 1975-ci il Muradov Cavanşir Cahangir oğlu, Astara sakini, 1966-cı il təvəllüdlü Nəsirov Cəfər İsmayılağa oğlu, Astara sakini, 1971-ci il təvəllüdlü, Hüseynov Teymur Nurəddin oğlu, Astara sakini, 1976-cı il təvəllüdlü Cəfərov Kamran İsimxan oğlu, Lənkəran sakini, 1980-ci il təvəllüdlü Hüseynov Asəf Ağəli oğlu, habelə mikroavtobuslardan birinin sürücüsü - Astara sakini, 1975-ci il təvəllüdlü Rüstəmov Elşən Əziz oğlu, Astara sakini, 1997-ci il təvəllüdlü Nəzərova Aytac Müqəssir qızı, Astara sakini, 1991-ci il təvəllüdlü Nəzirli Cəmil Cəfərağa oğlu, habelə digər mikroavtobusun sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

***
Salyanda ağır yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sarvan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, sərnişin mikroavtobuslarının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 146 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR