"Sağlam Böyüyən Gənclik" layihəsinə yekun vuruldu — FOTOLAR


Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi layihə çərçivəsində yekun tədbirini Bakı şəhərində keçirib

Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam Böyüyən Gənclik" layihəsi çərçivəsində yekun tədbirini Bakı şəhərində keçirib. 

Xatırladaq ki, layihənin əsas məqsədi gəncləri reproduktiv sağlamlıq haqqında maarifləndirmək, infeksion xəstəliklər haqqında biliklərini artırmaq, gəncləri sağlam yaşam tərzinin təbliğinə cəlb etməkdən ibarətdir. Tədbirdə millət məkilləri Elman Nəsirov və Elşən Musayev, Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov və digər təşkilat rəhbərləri, gənclər və yerli televiziyaların nümayəndələri iştirak ediblər. Günel Səfərova tədbiri açaraq layihə və reproduktiv sağlamlıq haqqında məlumat verib. O, dünya praktikasında həyata keçirilən maarifləndirici və innovativ layihələrdən, infeksion xəstəliklərin qarşısının alınması yollarından, ailə planlaşdırmasından və sağlam həyat tərzindən danışıb. Günel Səfərova xüsusilə vurğulayıb ki, Gənclər Fondu müxtəlif layihələri dəstəkləməklə gənclərin aktivliyinin artması üçün geniş imkanlar yaradır. Onun qənaətinə görə, gənclərin bu imkandan yararlanması faydalı olar. 
Millət vəkili Elman Nəsirov dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı imkanlardan, gənclərin ölkənin həyatında önəmli rol oynamasından danışıb. E.Nəsirov Prezidentin gənclərlə dost münasibətindən, həmişə gənclərin yanında olmasından, son dövrlərin uğurlu gənclər siyasətindən və həyata keçirilən belə faydalı layihələri dəstəkləməsini qeyd edib.

Millət vəkili Elşən Musayev isə tədbirin mahiyyəti barədə məlumat verərək, layihənin əhatə etdiyi auditoriyanın faydalanacağı məsələlərdən bəhs edib. O, ölkəmizdə keçirilən beynəlxalq layihələrdə gəncləri könüllü fəaliyyətini də xüsusi vurğulayıb. 
Elçin Mirzəbəyli gənclərə sağlam yaşam tərzi barəsində məlumat verərək, gəncliyin həm düşüncə, həm də fiziki cəhətdən sağlam olmaqlarının vacib şərt olduğunu vurğulayıb. 

Sonda Günel Səfərova, millət vəkilləri və qonaqlar iştirakçıların suallarını cavablandırıblar.
 
Xəbər 1430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR