Şahin Mustafayev: "Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır"

Şahin Mustafayev:

Avropa İttifaqı tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 33 milyard dollardan çoxdur.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələrinə yatırdığı investisiyalar təxminən 15 milyard dollar təşkil edir.
Ş.Mustafayev əlavə edib ki, Aİ və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və Azərbaycanın Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır. Belə ki, Aİ-nin Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda Aİ-dən olan 1600 şirkət fəaliyyət göstərir.

Qeyd edək ki, forumda təxminən 1000-ə yaxın şirkət və nümayəndə iştirak edir.
Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR