Sahibkarlara verilən zəmanətin həcmi açıqlanıb

Sahibkarlara verilən zəmanətin həcmi açıqlanıb

Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin iyun ayından bu ilin 1 oktyabrınadək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 291,8 milyon manat həcmində zəmanət verilib.
Aktual.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Pandemiyadan zərər çəkmiş sahibkarlara kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat həcmində zəmanət verilib. Bu kreditlərin illik faiz dərəcəsinin 50 %-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib" - nazir bildirib.


Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR